Amazon şirkəti işçilər arasında məsafəni qoruyan süni intellekt texnologiyasını təqdim edir


Digərləri 23 İyn 2020 22:40:00 177 0

Amazon şirkəti işçilər arasında məsafəni qoruyan süni intellekt texnologiyasını təqdim edir

Bu, koronavirus infeksiyası riskini azaltmaq üçün hazırlanan yeganə tədbir deyil.

Amazon ofislərində və anbarlarında sosial məsafəni təmin etmək üçün süni intellektə əsaslanan izləmə sistemi işə salınıb. Bununla da işçilər arasında koronavirus ötürülməsi riski azaldılıb.

Son.az ted.az-a istinadən bildirir ki, şirkətin anbarlarında quraşdırılmış monitorlarda təhlükəsiz məsafəni qoruyan işçilər yaşıl dairələrdə, bir-birinə çox yaxın olan işçilər qırmızı dairələrdə işarələnəcək.

Distance Assistant, həmçinin şirkətin binalarında çəkilən görüntüləri təhlil edir, nəqliyyatın sıx yerlərini müəyyənləşdirməyə kömək edir. Bundan əlavə, Amazon-da işçilər bir-birinə çox yaxın olduqda işıq və səs siqnalları verən cihazlar sınaqdan keçirilir.