Huawei flaqman smartfonların buraxılışını təxirə sala bilər


Digərləri 23 İyn 2020 22:55:00 136 0

Huawei flaqman smartfonların buraxılışını təxirə sala bilər

Huawei şirkəti ABŞ-ın sanksiyalarına görə yeni flaqman smartfonların istehsalını dayandırmaq məcburiyyətində qalıb.

Son.az ted.az-a istinadən bildirir ki, Huawei şirkəti tədarükçülərinə flaqman modellərinin istehsalını təxirə salmalı olduqlarını bildirib.

Çünki, şirkət ABŞ-ın tətbiq etdiyi yeni məhdudiyyətlərdən yarana biləcək tədarük həcmini qiymətləndirmək niyyətindədir. Burada ABŞ səlahiyyətliləri çərçivəsində Huawei çiplərinin satışına verilən lisenziyalardan bəhs edilir. Bildirilir ki, şirkət xüsusilə Huawei Mate 40 seriyası üçün bəzi komponentlərin istehsalını dayandırmalıdır.Huawei-in oktyabr ayında yeni bir flaqman smartfon təqdim edəcəyi gözlənilirdi. Ancaq bəzi mənbələrə görə, bunun üçün komponentlərin istehsalı ən azı iki ay dayandırılacaq. Xatırladaq ki, Kirin 1020 prosessoru yeni məhsulun aparat bazası olmalıdır.