Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB-2


Sosial 23 İyn 2020 22:39:00 169 0

Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB-2

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlüNamazova Dürdanə Rəfi qızı həlak olub.

Qəza zamanı habeləNamazova Gülnaz Məsim qızı,1988-ci il təvəllüdlüNovruzov Elməddin Razim oğlu, onunqaynanası, habelədaha bir nəfər xəsarət alıblar.

OnlarGoranboy rayonunun Ağamalıoğlu kənd sakinləridir.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***21:41

Göygöl rayonunda yol qəzasına düşənlərbir ailənin üzvləridir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar arasındaazyaşlılar da var.

İlkin məlumata görə, qəza nəticəsində1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Qeyd edək ki,hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb."QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***20:50

Göygöl rayonundaölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.