Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digərləri 23 İyn 2020 22:47:00 166 0

Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Göygöldə baş verən qəzada ölən şəxsin adı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, "QAZ 24" markalı minik maşınının hasara çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Dürdanə Rəfi qızı Namazova dünyasını dəyişib.

Hadisə nəticəsində daha 4 nəfər - avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Goranboy sakini Elməddin Novruzov, onun sərnişinləri Gülnaz Namazova və daha iki qadın xəsarət alıb.

***

21:33

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.