Baş Konsulluq: Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək


Siyasət 23 İyn 2020 20:31:34 181 0

Baş Konsulluq: Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək

Yeni növ koronavirus pandemiyası səbəbindən Türkiyədən Azərbaycana dönə bilməyən vətəndaşların müraciəti nəzərə alınaraq əlavə aviareyslər təşkil ediləcək.

Yeni növ koronavirus pandemiyası səbəbindən TürkiyədənAzərbaycana dönə bilməyən vətəndaşların müraciəti nəzərə alınaraq əlavə aviareyslər təşkil ediləcək.

Bu barədə "Report"un Türkiyə bürosunaAzərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycanvətəndaşlarının vətənə dönmək üçün Baş Konsulluğa gəlməsinə ehtiyac yoxdur: "Onlar diplomatik korpusuntelefonu, "qaynar xətt"i, elektron ünvanı vəsosial şəbəkə hesabları vasitəsilə xüsusi uçuşlar barədə məlumat ala bilərlər. Eyni zamanda konsulluq vəəndaşlarımıza xüsusi uçuşkların tarixi və aviareyslə bağlı digər məlumatları əldə etmək məqsədilə AZAL-ın rəsmi internet səhifəsi (azal.az) və sosial şəbəkə hesablarını izləməyi tövsiyə edir".

Məlumatda vurğulanıb ki, İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviareyslər "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti tərəfindən təşkil olunur. Sözügedən xüsusi uçuşların tarixi, sayı, ardıcıllıq intervalı ölkəmizdəki epidemioloji vəziyyət nəzərə alınmaqla AZAL tərəfindən müəyyən olunur. İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviaeyslər üzrə maliyyə şərtləri də AZAL tərəfindən müəyyən olunmaqdadır”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hava və quru sərhədləri bağlanıldığı gündən bəri mütəmadi olaraqçarter reysləri həyata keçirilir.

Müxbir:Vüsalə Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək