Türkiyənin Şanlıurfa şəhərində 37 bina karantinə alınıb


Dünya 23 İyn 2020 19:37:00 181 0

Türkiyənin Şanlıurfa şəhərində 37 bina karantinə alınıb

Türkiyənin Şanlıurfa şəhərində yeni növ koronavirus (COVID-19) səbəbindən 37 bina karantinə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər mərkəzi də daxil olmaqla, Karaköprü, Haliliyə, Eyyübiyə, Siverək, Suruç və Viranşəhir rayonlarında vətəndaşlarda kütləvi COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Karantinə götürülən binalarda rejim 14 gün müddətinə davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə infeksiyaya gündəlik yoluxma 1200 nəfərdən yuxarıdır. Son bir həftədə yoluxma və ölüm sayında enmə yoxdur. Ona görə də, qoruyucu maskadan istifadə etmək infeksiya ilə mübarizədə sərtləşdirilmiş qaydalar sırasına daxildir. Ölkənin 48 vilayətində evdən kənardakı bütün yerlərdə, 33 vilayətdə isə qapalı məkanlarda tibbi maska taxmayanlara 900 türk lirəsi (təxminən 130 dollar) məbləğində cərimələr tətbiq olunur.