Daha 508 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib, 335 nəfər sağalıb


Digərləri 23 İyn 2020 19:10:00 204 0

Daha 508 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib, 335 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.