Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı


Sosial 23 İyn 2020 18:52:18 193 0

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı

Plantasiyaya gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günrayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib.

Məlum olub ki, plantasiya rayonMədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur.

"Report"un Qərb Mərkəzinin əməkdaşlarının əldə etdiyi məlumata görə, rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlüV.Mehdiyev özünə məxsustorpaq sahəsindəxüsusi aqrotexnikiqaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamandaorda çalışan işçi heyətinəyemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsiistifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək