Venesuelada 24 ştatdan 10da karantin gücləndirildi


Dünya 23 İyn 2020 18:57:00 202 0

Venesuelada 24 ştatdan 10da karantin gücləndirildi

Venesuela Prezidenti Nikolas Maduro ölkənin böyük şəhərlərində koronavirus infeksiyasının "təhlükəli həddə çatması" haqqında xəbərdarlıq edib. Prezident bu haqda ölkədə yoluxma hallarının sayı 4000-i aşandan sonra bəyanat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nikolas Maduronun sözlərinə görə, koronavirusun bu qədər geniş yayılması venesuelalıların qonşu Kolumbiya və Braziliyadan qayıtması ilə bağlıdır. Koronavirus pandemiyası başlanandan bəri 70.000-dən çox venesuelalı öz ölkəsinə qayıdıb. Buna görə N.Maduro əhalini COVID-19 ilə mübarizə üçün önləyici karantinə riayət etməyə çağırıb. Yoluxanlar arasında gənclər də çoxdur.

Bazar ertəsi Venesuela yeni tipli koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə ölkənin 24 ştatından 10-da, o cümlədən paytaxt Karakasın ən böyük dairəsi olan Libertador bələdiyyəsində tətbiq edilmiş karantin rejimini gücləndirib. Supermarketlər, apteklər gündə cəmi bir neçə saat işləyir.

Ölkədə daxili və beynəlxalq nəqliyyat əlaqəsi məhdudlaşdırılıb.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxanların sayı 4048 nəfərə, bu səbəbdən ölənlərin sayı 35 nəfərə çatıb.