Gürcüstandan 178 nəfər Azərbaycan vətəndaşının təxliyə prosesi başa çatıb


Siyasət 23 İyn 2020 17:54:00 157 0

Gürcüstandan 178 nəfər Azərbaycan vətəndaşının təxliyə prosesi başa çatıb

178 nəfər Azərbaycan vətəndaşının Gürcüstandan gətirilməsi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün Azərbaycanın Gürcüstandakı səfirliyində koronavirus testi verən vətəndaşların heç birində virus aşkarlanmayıb.

Bu gün isə 178 nəfər Azərbaycan vətəndaşı "Sınıq körpü" sərhəd keçid məntəqəsinə gətirilib, daha sonra isə ordan Azərbaycana yola salınıb.

Azərbaycana gətirilən vətəndaşlar koronavirus testi neqativ olduğuna görə, karantinə salınmayıb. Bu şəxslərə evlərinə rahat çatmaq üçün ölkə üzrə bir günlük rahat hərəkət icazəsi verilib.