Britaniyada “Quenn” qrupunun şərəfinə marka buraxılacaq


Dünya 23 İyn 2020 17:58:18 153 0

Britaniyada “Quenn” qrupunun şərəfinə marka buraxılacaq

İyulun 9-da satışa çıxarılacaq poçt miniatürlarının üzərində kollektiv üzvlərinin hər birinin şəkilləri, onların studiyada çəkilmiş şəkli və əsas albomlarının üz qabıqları əks olunacaq

Böyük Britaniya Kral Poçtu (Royal Mail) rok musiqisi tarixində ən uğurlu qruplardan biri olan Britaniyanın “Queen” qrupunun yaradıcılığını 13 markadan ibarət seriya ilə qeyd etmək qərarına gəlib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“The Guardian” qəzetinin yazdığına görə, iyulun 9-da satışa çıxarılacaq poçt miniatürlərinin üzərində kollektiv üzvlərinin hər birinin şəkilləri, onların studiyada çəkilmiş şəkli və əsas albomlarının üz qabıqları əks olunacaq.

Qeyd edək ki, “Quenn” qrupu “Royal Mail”in şərəfinə markalar buraxdığı Birləşmiş Krallıqdakı üçüncü musiqi qrupudur. Bundan əvvəl 2007-ci “The Beatles”, 2016-cı ildə isə “Pink Floyd” bu şərəfə layiq görülüb.

.@QueenWillRock is getting immortalized in a new series of postage stamps: https://t.co/isg5GXuE1I

— UltimateClassicRock (@UltClassicRock) June 22, 2020