İndoneziyada güclü zəlzələ olub


Dünya 23 İyn 2020 17:04:00 186 0

İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adası yaxınlığında, 145 minədək əhalisi olan Qorontalo şəhərindən 145 kilometr məsafədə qeydə alınıb.

Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib. Yeraltı təkanlar yerin 102 kilometr dərinliyində baş verib.