190 manat üçün növbəti dəfə müraciət etməyə ehtiyac yoxdur


Digərləri 23 İyn 2020 15:52:00 183 0

190 manat üçün növbəti dəfə müraciət etməyə ehtiyac yoxdur

Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, 190 birdəfəlik ödəmə üçün növbəti dəfə müraciət etməyə ehtiyac yoxdur.

Son.az