Bakıda itkin düşmüş uşağını valideynlər canlı yayımda tapdılar


Digərləri 23 İyn 2020 15:59:00 200 0

Bakıda itkin düşmüş uşağını valideynlər canlı yayımda tapdılar

Bakıda itkin düşmüş uşaq tapılaraq valideynlərinə təhvil verilib.

Son.az bildirir ki, bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.

O, qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.

Video sürətlə sosial şəbəkədə yayılıb.