Ailəlikcə koronavirusa yoluxan İlham Quliyev:


Digərləri 23 İyn 2020 15:49:00 216 0

Ailəlikcə koronavirusa yoluxan İlham Quliyev:

"Kaspi" qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyevin və ailəsinin koronavirusa yoluxduğu barədə xəbər vermişdik.

Son.az xəbər verir ki, İlham Quliyev "ATV Qərargah"a özünün və ailsinin son vəziyyəti barədə açıqlama verib:

"Bu ayın əvvəllərindən narahatlıqları hiss etməyə başladıq. Ayın 7-də yoldaşımda halsızlıq, temperatur, başağrıları müşahidə olunurdu. Ayın 7-də test verdik, ayın 10-da testin cavabları yoldaşımda və uşaqlarda "Pozitiv" çıxdı. Ayın 10-u axşam artıq onları xəstəxanaya yerləşdirdilər və onların müalicəsi başladı. Amma məndə "Neqativ" çıxdı. Baxmayaraq ki, məndə də eyni simptom var idi. Test cavabları məndə "Neqativ" göstərdiyinə görə məni xəstəxanaya aparmadılar. Mən də evdə elə müalicəmi davam etdirdim. Amma evlə xəstəxana müalicəsi eyni deyil. Mən bir az özümə gələndən sonra getdim ağciyərlərimi KT (Kompüter Tomoqrafiyası) etdirdim və məlum oldu ki, hər iki payda "buzlu şüşə" elementləri var. Bu da COVİD-in nəticəsi kimi qəbul olunur. Üstəlik təngnəfəslik elementləri hiss etməyə başlayandan sonra yenidən təcili yardıma müraciət etdim. Onlar gəldilər məni xəstəxanaya yerləşdirdilər. Hazırda xəstəxana şəraitində müalicəm davam etdirilir. Özümü yaxşı hiss edirəm".

Ətraflı videoda:

Təhməz Təkin Son.az