Əfqanıstanda silahlı qarşıdurmada 13 nəfər ölüb, 9-u yaralanıb


Dünya 23 İyn 2020 14:10:19 181 0

Əfqanıstanda silahlı qarşıdurmada 13 nəfər ölüb, 9-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində polis idarəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 9 əməkdaşı ölüb, 3-ü xəsarət alıb.

Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində polis idarəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 9 əməkdaşı ölüb, 3-ü xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu əyalət başçısının nümayəndəsi İsmətullah Muradi bildirib.

Onun sözlərinə görə, hücum gecə saatlarında Dəşt-e Arçi rayonunda baş verib. O, hücum nəticəsində 4 silahlının öldüyünü, daha 6-nın isə yaralandığını bildirib.

Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.