"Özünü öldürüb uşağını alardın"


Şou-biznes 23 İyn 2020 14:19:00 232 0

"Özünü öldürüb uşağını alardın"

"Dananın həyatı nədir ki... Onu alqışlamıram. 18 il əvvəl saçlarını yolub, uşağını almalıydı. Acizliyi onu bu günə qoyub".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan 18 ildir oğlunu görməyən müğənni Dana Durdananın ünvanına deyib. Müğənni "Bizimləsən" verilişində ifaçını uşağını atmaqda günahlandırıb:

"Anasan, övlad dünyaya gətirmisən. Özünü öldürüb, uşağı almalıydın. Sənin yaşadığın mənim illər əvvəl yaşadıqlarımın yanında toy-bayramdır.

İndi uşaqlarımın atası bizə gələndə evin başında otuzdururam. Övladlarımın toyunda onu başa keçirdim. İndi nəvəsi ilə görüşəndə deyirəm ki, niyə parkda olmalıdır, gəlsin evə. Nəvəsinə 2 manatlıq oyuncaq alsa da, onu bəh-bəhlə təqdim edirəm. Qadın kişini alçaltmamalıdır".