ATU beynəlxalq forumda iştirak edib


Sosial 23 İyn 2020 14:07:51 175 0

ATU beynəlxalq forumda iştirak edib

İyunun 19-da “Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı”-nın (BRIMEA) Ali Şurasının sayca üçüncü illik yekun yığıncağı onlayn rejimdə keçirilib.

Gəray Gəraybəyli

İyunun 19-da “Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı”-nın (BRIMEA) Ali Şurasının sayca üçüncü illik yekun yığıncağı onlayn rejimdə keçirilib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə BRIMEA-ya üzv olan qurumların rəhbərləri və təmsilçiləri, o cümlədən ATU-nun rektoru professor Gəray Gəraybəyli də iştirak ediblər.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Görüş zamanı BRIMEA-nın sədri, Çin Tibb Universitetinin prezidenti professor Ven Delyanq çıxış edib, yığıncağın gündəliyi, təşkilatın gördüyü işlər və gələcək planları haqqında ətraflı məlumat verib. Yığıncağın gündəliyinə 7 yeni universitetin quruma üzv qəbul edilməsi mövzusu da daxil edilib. Səsvermənin nəticələrinə əsasən, 7 yeni ali təhsil müəssisəsi BRIMEA-nın üzvlüyünə qəbul edilib.

Bundan başqa, tədbir COVID-19 virusunun pandemiyası dövründə təşkil olunduğu səbəbdən görüş indiki zamanda olduqca aktual olan çağırışlara uyğun olaraq, “Tibb təhsili icmasını birgə yaradaq və insan sağlamlığı kimi ali məqsədə nail olaq!” şüarı altında keçirilib. Onlayn görüş zamanı iştirakçı qurumların rəhbərlərinin pandemiya ilə mübarizəyə dair fikirlərini ehtiva edən videomüraciətlər də nümayiş etdirilib və maraqla qarşılanıb.

Bundan sonra yığıncaq öz işini Çin Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən Ali Tibb Təhsili üzrə 4-cü Beynəlxalq Forum ilə davam etdirilib. Forumda təşkilatın gələcək fəaliyyəti və inkişafını təmin etmək məqsədilə atılan addımlar üzərində maraqlı müzakirələr aparılıb. Onlayn tədbirdə həmçinin ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Tədris şöbəsinin müdiri dosent Samir Cavadov, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri dosent Nigar Sədiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov da iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti 2019-cu ildə BRIMEA-nın üzvlüyünə qəbul edilib. Çin hökumətinin “Bir kəmər və Bir yol” beynəlxalq layihəsindən ruhlanaraq, yaradılan bu təşkilat öz ətrafında həmin təşəbbüsdə yer alan ölkələrin tibb təhsili verən ali məktəb və universitetlərini birləşdirir. Ali tibb təhsili üzrə akademik təşkilatı olan bu qurumun əsas məqsədləri qlobal tibbi resursların mübadiləsi, tibb təhsilinin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dəstək olmaqdır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək