Gömrükçülər siqaret və dərman qaçaqmalçılığının qarşısını alıb


Sosial 23 İyn 2020 11:08:56 181 0

Gömrükçülər siqaret və dərman qaçaqmalçılığının qarşısını alıb

Gömrükçülər siqaret və dərman qaçaqmalçılığının qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin və dərman preparatlarının bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyədən gələn "DAF" markalı yük avtomobilinin salonunda 1400 ədəd "Marlbro" markalı siqaret, Gürcüstandan gələn "Mercedes Benz Actros" markalı yük avtomobilinin qoşqusunun sandığında isə 114 ədəd üzərində "AMGEN Neupogen 30 MU pre-fılled syringe" yazılan içi məhlulla dolu şpris və 10 ədəd üzərində "Cetrotide 250 meg" yazılan şpris və dərmandan ibarət qutu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.