Avropada karantin bərpa edilir


Dünya 23 İyn 2020 11:07:00 155 0

Avropada karantin bərpa edilir

Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirləri bərpa edilir.

Son.az Trend-ə istinadən bildirir ki, İspaniyanın Araqon vilayətində məhdudiyyətlər aradan qaldırıldıqdan qısa müddət sonra təkrar tətbiq olunub.

Mütəxəssislər hesab edir ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən mövsümi işçilər arasında yayılmağa başlayıb.

Bundan başqa, paytaxt Madrid və Barselonada infeksiya ocaqları aşkar edilib.

Qonşu Portuqaliyada da hökumət profikatika tədbirləri qismində komendant saatı tətbiq edib. Məhdudiyyət hələlik paytaxt Lissabon və ətraf ərazilərə şamil edilir. Bu müddət ərzində restoran, bar, kafe və mağazaların işi məhdudlaşdırılır.