Koronavirusa əhəmiyyət verilməyən İsveçdə 4 ayda məhz bu virusdan


Dünya 23 İyn 2020 10:59:00 159 0

Koronavirusa əhəmiyyət verilməyən İsveçdə 4 ayda məhz bu virusdan

Dövlətlərin koronavirus pandemiyasına reaksiyası müxtəlif olub. Xüsusən də, Braziliya, İsveç, Türkmənistan və Belarusiya bu xəstəliyə qeyri-ciddi yanaşıb və karantin rejimi tətbiq edilməyib.

Lakin karantin rejiminin tətbiq olunmaması bu virusun orada olmaması mənasına gəlmir. Əksinə, bu ölkələrdə koronavirusdan ölənlərin sayı daha çoxdur.

Son.az bildirir ki, pandemiya elan olunandan karantin rejimi tətbiq etməyən İsveçdə koronavirusa 58 mindən çox insan yoluxub. Bu ölkədə 5122 nəfər Covid-19 səbəbi ilə dünyasını dəyişib. Bu isə Çində, Türkiyədəki rəqəmlərdən artıqdır.

10 milyon əhalisi olan İsveçdə kafe, restoran və gecə klubları, ibtidai məktəblər və mağazalar pandemiyadan əvvəlki vəziyyətdə olduğu kimi açıq qalıb. İsveç hökuməti sərt tədbirlər əvəzinə vətəndaşlarından sosial məsafələrə görə fərdi məsuliyyəti öz üzərlərinə götürmələrini istəyib. Sadəcə, İsveçdə əcnəbi vətəndaşların ölkəyə girişinin qadağası iyunun 30-dək uzadılıb. Qadağa Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.