“Əyləniləcək qadın olmaq istəmirəm”


Şou-biznes 08 İyn 2020 15:41:00 240 0

“Əyləniləcək qadın olmaq istəmirəm”

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı Mina Hüseyn olub. Son.az bildirir ki, müğənni evlənmək istəməmə səbəbinə aydınlıq gətirib: "Ailə həyatı qurmağı hələ ki istəmirəm. 27 yaşım var. Qismət... İndiki oğlanlar da nədənsə evlənmək istəmirlər. Gəzib-tozmaq, gün keçirmək istəyirlər. Ona görə heç bir oğlanı yaxına buraxmaq istəmirəm. Əyləniləcək qadın yox, evləniləcək qadın olmaq istəyirəm. Hələ də gözləyirəm".