Şoubiznesin əkiz bacıları: “Açıqsaçıq görüntü ilə gündəmə gəlməmişik”


Şou-biznes 07 İyn 2020 12:30:00 181 0

Şoubiznesin əkiz bacıları: “Açıqsaçıq görüntü ilə gündəmə gəlməmişik”

"Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz".

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri şou-biznesin Sevil və Sevinc Səfərova bacıları "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramına verdiyi müsahibələrində deyiblər.

Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi "yeniliklər edəcəyəm" kəlməsinə etiraz ediblər:

"Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizin mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. "Yenilik edəcəyəm" deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan".

Səfərova bacıları məşhur stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər: