Bu ölkə yenidən qarışdı:


Dünya 07 İyn 2020 11:54:00 170 0

Bu ölkə yenidən qarışdı:

Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyası keçirilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, minlərlə insan ölkədə iqtisadi böhranın səbəb olduğu işsizliyə və qiymət artımına etiraz edib.

Eyni zamanda, aksiya iştirakçıları növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib.

Etirazçılar daha sonra parlament binası istiqamətində irəliləyib. Burada polis tərəfindən barrikadaları keçmək istəyən etirazçılara müdaxilə olunub.

Qarşıdurma zamanı polis səs bombasından və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar da buna qarşılıq olaraq təhlükəsizlik qüvvələrinə daş atıb.

Ətrafdakı bəzi müəssisələrə maddi ziyan dəyib.

Qeyd edək ki, Livan lirəsinin hər gün dəyər itirməsi ölkədə iqtisadi böhran yaradıb. Ölkədə qiymətlər 55% artıb.

Son.az