ABŞdakı hadisələrdən sonra Mayamidəki evini satır


Digərləri 07 İyn 2020 11:21:00 168 0

ABŞdakı hadisələrdən sonra Mayamidəki evini satır

Afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-da başlayan kütləvi iğtişaşlar müğənni Sibel Canı qorxudub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni Mayamidəki villasını satmaq qərarına gəlib. Sibel Can artıq Amerikadakı vasitəçisinə bu barədə təlimat verib. Müğənni uzun müddət Türkiyədən kənara çıxmamaq barədə də qərar qəbul edib.

Qeyd edək ki, Sibel Can Mayamidəki evini 2013-cü ildə satın alıb.