Türkiyədə qəza baş verib, 10 nəfər yaralanıb
Dünya 07 İyn 2020 08:19:50 170 0
Türkiyənin Tekirdağ vilayətində xidməti mikroavtobusla avtomobil toqquşub.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə Çerkezköy rayonunda baş verib.
Qəza nəticəsində mikroavtobus aşıb, 10 nəfər yaralanıb. Yaralılar Çerkezköy vilayətinin dövlət xəstəxanasına və həmin ərazidəki özəl xəstəxanalara çatdırılıb.
Bildirilib ki, avtomobil sürücüsü hadisə yerindən qaçıb.
Mənbə: milli.az