Avropa İttifaqının xarici sərhədləri nə vaxta qədər bağlı qalacaq?


Dünya 07 İyn 2020 07:11:00 189 0

Avropa İttifaqının xarici sərhədləri nə vaxta qədər bağlı qalacaq?

Avropa Komissiyasının tövsiyəsi ilə Avropa İttifaqının sərhədləri ən azı iyulun əvvəlinə qədər bağlı qalacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa komissarı İlva Yohansson Avropa İttifaqına üzv ölkələrin Daxili İşlər nazirlərinin cümə günü axşam keçirilmiş videokonfransında Avropa İttifaqının sərhədlərinin iyul ayından tez olmayaraq açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, məhz Şengen zonasının xarici sərhədləri haqqında söhbət gedir. Daxili sərhədlər isə İttifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Cümə günü keçirilmiş videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-inə qədər qadağa qoyulmuşdu. İndi isə, görünür, bu qadağanın müddətini daha yarım ay uzadacaqlar.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (Daxili İşlər nazirlərinin) ümumi fikiridir.