Özbəkistanda koronavirus qurbanlarının sayı çoxaldı


Dünya 07 İyn 2020 00:43:29 188 0

Özbəkistanda koronavirus qurbanlarının sayı çoxaldı

Özbəkistanda COVID-19 səbəbilə ölən insanların sayı bir nəfər artaraq 17-yə çatıb

Özbəkistanda COVID-19 səbəbilə ölən insanların sayı bir nəfər artaraq 17-yə çatıb

“Report” ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, virusa yoluxanların sayı 4 022-yə çatıb. 3 227 nəfər müalicə alaraq sağalıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Son günlər ölkədə virusa yoluxanların sayı aşağı düşüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,3 milyon nəfərdən çoxu sağalıb, 4 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.