Porsche yeni Heritage Design seriyasından olan ilk sportkarı təqdim edib FOTO


Digərləri 06 İyn 2020 23:58:00 207 0

Porsche yeni Heritage Design seriyasından olan ilk sportkarı təqdim edib  FOTO

Porsche şirkətiHeritage Design strategiyası barədə məlumatı dərc edərək, bu seriyadan olan dörd sportkarı buraxacağını bəyan edib. Bu dörd modeldən biri bu gün təqdim edilmiş 911 Targa 4S Heritage Design Edition modelidir. Heritage Design seriyasından olan sportkar məhdud saylı tirajla buraxılacaqdır. Modelin tərtibatında 1950-1960-cı illərin əvvəllərində buraxılmış klassik modellərin üslubundan istifadə ediləcəkdir.

Porsche Excluzive Manufaktur tərəfindən hazırlanmış ilk model 992 seriyasından olan Porsche 911 Targa 4S modelidir. Nümayiş etdirilən sportkar eksklüziv albalı Cherry Metallic rənginə boyanmdır. Bundan başqa,  qara Black, qırmızı Guards Red, gümüş GT Silver Metallic və xüsusi açıq-boz Crayon rəngləri də təklif edilir. Porsche 911 Speedster modelində olduğu kimi, avtomobilin kuzovuna ön qanadlardakı oxlar, yan tərəflərdəki "Porsche" yazıları və 0-dan 90-a qədər istənilən nömrənin həkk oluna biləcəyi ağ dairə çəkilir.

Avtomobilin eksteryer tərtibatını kuzova vurulmuş qızılı yazılar, kapot və təkər topunun qapağındakı tarixi Porsche loqotipləri, 20 və 21 düymlük Fuchs təkər diskləri (ilk dəfə 1967-ci ildə Porsche 911 S modelində istifadə olunub), qara rəngli əyləc supportları və buraxılış sisteminin xrom ucluqları olan çıxış boruları tamamlayır.

Sportkarın salonunda cilalanmiş alüminiumdan hazırlanmış və "911 Targa 4S Heritage Design Edition" yazıları həkk edilmiş lövhələri, ikirəngli Bordeaux Red/Atacama Biege və ya Black/Atacama Biege örtüyünü, Porsche 356 modelində olduğu kimi oturacaq və qapıların velvet ilə tərtibatını görmək olar. Analoq taxometri və iki 7-düymlük displeyi quraşdırılmış cihazlar paneli klassik idman avtomobillərinin üslubunda olan yaşıl işıqlandırmaya malikdir. Sport Chrono paketinin saniyəölçəni əlavə ödənişlə quraşdırılır.

Texniki cəhətdən, Heritage Edition seriyasından olan 911 Targa 4S modeli adi sportkardan fərqlənmir. Porsche 911 Targa 4S modeli 450 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,0-litrlik oppozit turbomühərriki ilə təchiz edilir. Güc aqreqatı 7-pilləli mexaniki ötürmələr qutusu və ya 8-pilləli PDK "robotu" ilə tandemdə çalışır.

Sport Chrono paketi quraşdırılmış  PDK qutusu ilə təchiz edilmiş 911 Targa 4S modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir.Mexaniki transmissiyalı variant  isə bu işə 3,8 saniyə sərf edir. Maksimal sürət - 304 km/saatdır.

Porsche Design bölməsi, 911 Targa 4S Heritage Design Edition sportkarlarının sahibləri üçün xüsusi xronoqraf hazırlayıb. Saat sadə üslubda dizayna malikdir, və Porsche 356 ilə 911 Targa modellərindən ilham alınaraq yaradılıb. Məsələn, ağ rəngli saniyə əqrəbinə malik olan suferblat avtomobilin taxometrini təqlid edir, saatın kəməri isə salonun tərtibatında istifadə olunan dəridən hazırlanıb. Xronoqrafın tirajı da 992 nüsxə ilə məhdudlaşacaqdır.

Porsche 911 Targa 4S Heritage Design Edition modelinə üçün sifarişlər artıq qəbul edilir. Bu seriyadan olan avtomobillər diler şou-rumlarında payızda nümayiş etdiriləcəkdirlər. Gələcəkdə Heritage Design  dəsti Porsche 911 sportkarının digər versiyaları üçün əlçatan olacaqdır.