Ronaldunun 1 milyon yarım avroluq villası FOTO


Dünya 06 İyn 2020 22:27:00 171 0

Ronaldunun 1 milyon yarım avroluq villası  FOTO

Dünyada ilk milyarder futbolçu olan "Yuventus"un hücumçusu Kriştianu Ronaldunun ötən il özünə İspaniyanın Marbelya şəhərində villa aldığı məlum olub.

Son.az qol.az-a istinadən xəbər verir ki, dörd yataq otağı, LED giriş yolları, idman zalı, kinoteatr otağı və hovuzu olan villa üçün portuqaliyalı oyunçu 1,5 milyon avro ödəyib. Aralıq dənizi mənzərəsi olan bu villanın Marbelyanın La Resina Golf klubunun yanında yerləşdiyi vurğulanıb.

Ronaldunun qonşularından birinin UFC döyüşçüsü Konor Makqreqor olduğu bildirilib.