Cəlilabadda ev yanıb


Digərləri 06 İyn 2020 23:24:00 201 0

Cəlilabadda ev yanıb

Cəlilabad rayonunda ev yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Boyxanlı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 54 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.