"Demokratlar" rəqəmsal peyvəndi məcburiyyətə çevirmək istəyirlər?


Digərləri 06 İyn 2020 23:05:00 177 0

"Demokratlar" rəqəmsal peyvəndi məcburiyyətə çevirmək istəyirlər?

Keçən həftəki yazımızda Bill Qeyts və Rokfeller kimi böyük investorların qurduqları vəqflərlə bəşəriyyəti oda atacaq təhlükəli layihələr üzərində çalışdıqlarını, pandemiya məsələsində Bill Qeytsin barmağının ola biləcəyini qeyd etmişdim.

Hələ bunun üstündən 1 həftə keçməmiş, sabiq MKİ agenti Robert Devid Stiil koronavirus pandemiyası ilə bağlı  "Koronavirus saxta bir pandemiyadır, Amerika Milli Təhlükəsizlik Agentliyi Bill Qeytsin telefon danışığını dinləsin. İnsanları qorxudaraq Bill Qeytsin hazırladığı beynəlxalq peyvəndi dünyaya yaymağa çalışırlar. Bill Qeyts rəqəmsal peyvənd üsulu ilə dünyanı nəzarət altına almaq istəyir" ifadələrini işlədib.

Son.az strateq.az-a istinadən bildirir ki, Qeytslə bağlı başqa bir iddia da bununla oxşar tezisdədir. ABŞ Prezidenti Donald Trampın keçmiş məsləhətçilərindən Roqer Ston "Microsoft"un qurucusu və rəhbəri Bill Qeytsin insanlara mikroçip taxa bilməsi üçün koronavirus pandemiyasını ortaya çıxardığını iddia edib.

Deməli, şübhələrimizdə əsassız sayılmarıq. Beləliklə, bütün dünyada rəqəmsal inqilabın lideri hesab olunan Bill Qeyts, həqiqətən də, bəşəriyyəti nəzarət altına ala bilmək üçün bəzi layihələr həyata keçirir.

Keçmiş MKİ agentinin açıqlamaları əbəs deyil. ABŞ-da yaxın zamanlarda gündəmə gələn yeni qanun layihəsi elə bu mövzu ilə sıx bağlıdır. "Microsoft"un qurucusu Bill Qeytsin "rəqəmsal peyvənd pasportu məcburidir" çağırışı öz qarşılığını tapdıb və ABŞ-da demokratlar 6666 nömrəli qanun layihəsini konqresə təqdim ediblər.

"COVİD-19" da adlandıra biləcəyimiz bu qanun layihəsində artıq evlərə icazəsiz girmək mümkün olacaq, ailələrin icazəsi olmadan uşaqlar onlardan alına biləcək, bu peyvəndə razılıq verməyənlər sosial həyatdan təcrid olunacaq və ən önəmlisi, Bill Qeytsin yeni layihəsi hesab edilən rəqəmsal peyvənd pasportu məcburi olacaq. Demokrat qanadın qanun təklifinə görə, "COVİD-19" peyvəndi olmayanlar məktəblərə, kilsələrə, akademik təşkilatlara girə bilməyəcək.

Buradan anlayırıq ki, qlobalistlər baş verənlərin davam edəcəyini proqnozlaşdırırlar və buna hazırlıq işləri görürlər. ABŞ isə bu hazırlığın mərkəzi olaraq seçilib.

ABŞ-dan başlayaraq koronavirusa qarşı bir tədbir olduğu iddia edilən bu peyvənd məcburi olacaq və bəlkə də, bu peyvəndi bütün dünyada tətbiq etmək üçün cəhdlər ediləcək.

Keçən həftə qeyd etdiyimiz kimi, Bill Qeyts Vəqfinin bəzi nümayəndələri Ankaradakı bəzi rəsmi qurumları ziyarət ediblər və deyilənə görə, nazirliklərin birində iclas da keçirilib.