Niyə təyyarədə telefonu söndürmək lazımdır?


Digərləri 06 İyn 2020 22:10:00 156 0

Niyə təyyarədə telefonu söndürmək lazımdır?

Böyük Britaniyadan olan pilot uçuş zamanı mobil cihazların söndürülmə səbəbini izah edib.

Son.az ted.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, bu zərurət naviqasiya sistemlərinə maneələrin yaradılması riski ilə bağlıdır.

Cihazın aviarejimdə olduğu halda smartfonu söndürməyə ehtiyac yoxdur.

Bu rejim internetə daxil olmağa və ya zəng etməyə imkan vermir. Başqa sözlə, radio tezlik siqnalının ötürülməsi bloklanır.

Qeyd etmək lazımdır ki, son bir neçə il ərzində uçuş aparatlarının texniki imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Aparılan tədqiqatlara görə, təəssüf ki, sistemə müdaxilə riski ilə bağlı problemi tamamilə həll etmək hələ ki, mümkün deyil.