İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb


Dünya 06 İyn 2020 21:03:00 187 0

İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

İndoneziyanın hərbi helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində dörd hərbi qulluqçu həlak olub, beş nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi ölkə ordusu nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, hadisə uçuş təlimi zamanı baş verib. Vertolyot düşməyə başlayarkən alovlanıb və sonra partlayıb.

Hadisənin səbəblərini öyrənmək üçün araşdırma aparılır.