Norveçin şimalında güclü sürüşmə evləri dənizə tökdü – VİDEO


Digərləri 06 İyn 2020 21:25:00 176 0

Norveçin şimalında güclü sürüşmə evləri dənizə tökdü – VİDEO

Eni 600 metrdən çox olan güclü sürüşmə Norveçin şimalında səkkiz evi dənizə aparıb.

Sputnik Azərbaycan "Forbes" jurnalına istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

600 metrdən çox eni və 152 metr hündürlüyü olan sürüşmə çərşənbə günü Alta bələdiyyəsində baş verib. Polisə yerli vaxtla saat 15:45-də hadisə barədə məlumat verilib, dərhal hava və dəniz vasitəsilə xilasetmə əməliyyatı başlayıb.

Yerli sakinlərdən biri baş verənlərin bir hissəsini kameraya çəkə bilib. Yayılan videogörüntülərdə sürüşmənin güclü olduğunu görmək olar.