Aksiyalar fonunda Anonymous haker qruplaşması ABŞ polisini təhdid edir


Digərləri 06 İyn 2020 21:45:00 169 0

Aksiyalar fonunda Anonymous haker qruplaşması ABŞ polisini təhdid edir

Anonymous haker qruplaşması Minneapolis polisini qəddarlıqda və korrupsiyada ittiham edərək, onları ifşa edəcəklərini bildirən video yayımlayıblar.

Son.az ted.az-a istinadən bildirir ki, bu videonun ardınca şəhərin hüquq mühafizə orqanları ilə əlaqəli bir neçə sayt kiberhücumların qurbanı olub.

Qeyd edək ki, ABŞ-dakı afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq yaranan iğtişaşlar dayanmır. Məlum olduğu kimi, ötən həftə 46 yaşlı afroamerikalı Corc Floyd Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülüb. Bu hadisə Amerikanın bir çox şəhərində kütləvi etirazlara səbəb olub. Hazırda da etirazlar səngimədən davam edir.

Aksiyalar fonunda ABŞ polisini məşhur haker qruplaşması olan Anonymous hədələyib. Bununla bağlı video yayımlayan anonim qəhrəman ədalət mühakiməsinə "etibar etmədiyini" və buna görə də tezliklə Minneapolisdəki hüquq-mühafizə orqanlarının əməkdaşlarının digər günahları barədə məlumat yayacağını bildirib.

Anonim hakerin sözlərinə görə, Corc Floydun öldürülməsi yalnız aysberqin görünən tərəfidir: "Bizim adımız legiondur. Bizi gözləyin".

Sözügedən video görüntü Feysbuk sosial şəbəkəsində 2.3 milyon baxış sayı toplayıb. Müraciətin ardınca isə Minneapolis Polis İdarəsinin veb saytına və Bələdiyyənin veb saytına haker hücumları edilib. Hər iki resurs bir müddət ziyarət üçün əlçatmaz olub. Ertəsi gün bu saytlar ziyarətçilərdən qondarma "captcha" - botu real insanlar arasında tanımaq üçün hazırlanmış bir test təqdim etmək tələb kimi irəli sürülüb. Bu üsulla kiberhücum riskini azaltmağa çalışıblar. Çünki onlayn sorğu təcavüzkarların saytı yükləməsinin qarşısını alır. Minneapolis polisi və şəhər rəsmiləri potensial haker hücumu barədə şərh verməkdən imtina ediblər.