Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? –


Digərləri 06 İyn 2020 21:50:00 149 0

Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? –

Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər.

"TelecomDaily" analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

"Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz "öz həyatını yaşayır", yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb", - deyə ekspert izah edib.

D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: "Həmin "sürprizlərin" qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur".