Kanada kriptoəməliyyatları leqallaşdırdı


Digərləri 06 İyn 2020 21:35:00 213 0

Kanada kriptoəməliyyatları leqallaşdırdı

2020-ci il 1 iyun tarixində Kanadada yeni tənzimləmə qaydaları qüvvəyə mindi və buna əsasən həm yerli, həm də xarici kriptovalyuta şirkətləri pul köçürmələri xidmətləri göstərən şirkətlər kateqoriyasına aid edilir. Müvafiq qanunvericilik üzrə dəyişikliklər 2019-cu ilin iyulunda dərc edilmişdi. Yeni qaydalarda pul köçürmələri, o cümlədən virtual valyutaların mübadiləsini təklif edən şirkətlərin Maliyyə Əməliyyatlarının Təhlili və Hesabatları Mərkəzində (FINTRAC) qeydiyyata alınması və onun tələblərinə əməl edilməsi tələb olunur.

Yeni tələblərə əsasən kriptovalyuta xidmətləri göstərən şirkətlər və bitcoin-terminal operatorları 10.000 Kanada dollarından çox olan kripto-əməliyyatlarının həyata keçirilməsi zamanı hesabat və istifadəçinin identifikasiyasını təqdim etməlidirlər.