Ən sürətli Android smartfonlarının reytinqi


Digərləri 06 İyn 2020 21:15:00 161 0

Ən sürətli Android smartfonlarının reytinqi

May ayı üzrə ən sürətli Android smartfonlarının reytinq cədvəli açıqlanıb.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda AnTuTu benchmark komandası məlumat yayıb.

Reytinqdə yer alan smartfonlar Qualcomm Snapdragon 865 prosessorunda qurulub. Reytinqin birincisi bu ilin mart ayında təqdim olunan Oppo Find X2 Pro olub. Cihaz mütəxəssislər tərəfindən 604 123 bal toplayıb. İkinci yerdə qərarlaşan Oppo Find X2 isə 600 884 balla qiymətləndirilib. Siyahının üçüncüsü Xiaomi Mi 10 Pro olub. Bu model 600 264 bal toplayıb. Onun ardınca Oppo Ace2, iQOO Neo 3, Redmi K30 Pro Zoom Edition, iQOO 3, Realme X50 Pro, OnePlus 8 Pro və Vivo NEX 3S 5G modelləri gəlir.