Yandex yeni sürücüsüz avtomobil təqdim etdi


Digərləri 06 İyn 2020 21:20:00 160 0

Yandex yeni sürücüsüz avtomobil təqdim etdi

Yandex Hundai ilə birgə həyata keçirdiyi sürücüsüz avtomobil layihəsinin 4-cü nəsil modelini təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, ilkin məlumata görə, bu avtomobilin sistemi Hundai-ın Minus modeli əsasında istehsal edilib. Bu modellər hazırda Rusiyanın paytaxtı Moskvada istifadəyə verilib.

Şirkət rəsmiləri açıqlamalarında 2020-ci ilin sonuna qədər 100 yeni Sonata avtomobilinin istehsal ediləcəyini bildiriblər.

Xatırladaq ki, Yandex ilk sürücüsüz avtomobilini hələ 2017-ci ildə təqdim etmişdi.