Rusiyalı məmurun İnstaqram hesabı bloklandı


Digərləri 06 İyn 2020 20:45:00 177 0

Rusiyalı məmurun İnstaqram hesabı bloklandı

Feysbuk şirkəti Rusiya Federasiyasının Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin İnstaqram hesabını bağlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, səhifənin bağlanma səbəbi kimi anonim istifadəçinin şikayəti göstərilir.

Səhifənin fəaliyyətinin ilk günündə bloklandığı qeyd olunur. Sözügedən qubernatorluğun mətbuat xidmətindən bildiriblər ki, Feysbuk şirkəti hesabın kilidini açmaq üçün Aleksandr Qusevin şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini tələb edir.

Qeyd edək ki, qubernatorun İnstaqram səhifəsi bir gün əvvəl yaradılıb. Ancaq səhifə cəmi bir neçə saat fəaliyyət göstərib.