İOS 13.5.5 Beta yeniləməsindəki təəccüblü detal


Digərləri 06 İyn 2020 20:10:00 170 0

İOS 13.5.5 Beta yeniləməsindəki təəccüblü detal

Təqdimatı ilə ilə texnologiya gündəmini dəyişdirən iOS 13.5.5 Beta yeniləməsi Apple-ın bir layihəsini ortaya qoyub. 2019-cu ildən bəri müzakirə olunan bu məsələ aydınlaşmaq üzrədir.

Son.az ted.az-a istinadən bildirir ki, yeni Beta kodlarını nəzərdən keçirən bəzi istifadəçilər Apple Music, Apple TV Plus, Apple News Plus və digər abunə haqları üçün xidmət paketi olduğunu aşkarlayıblar.

iOS 13.5.5 buraxılışına daxil olan sənədlərdə əvvəlki iOS versiyalarında tapılmayan "paket təklifi" və "paket abunəsi" ilə əlaqəli mənbə kodları var. Bunların Apple-ın abunə xidmətlərini tənzimləyən kodlar olduğu açıqlanıb.