Huawei sanksiyalar dövründə komponent səhmlərinə nə qədər pul xərcləyib?


Digərləri 06 İyn 2020 19:55:00 151 0

Huawei sanksiyalar dövründə komponent səhmlərinə nə qədər pul xərcləyib?

Ötən ildən ABŞ sanksiyalarına görə "qara siyahı"ya salınan Huawei şirkətinin komponent səhmlərinə nə qədər pul xərcləməsi böyük müzakirəyə səbəb olub.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət tərəfində komponent səhmlərinə 23 milyard dollar vəsait xərclənilib.

Qeyd olunan məbləğ hesabına yaradılan fond ən azı 18 ay fəaliyyətini davam etdirəcək. Lazım olduqda isə fondun fəaliyyəti daha altı ay uzadıla bilər.

Bəzi mənbələri Huawei şirkətinin bu məbləği 2018-ci ilin sonunda ehtiyat fondu üçün yığmağa başladığını bildiriblər.

2018-ci ildə şirkət ona qarşı irəli sürülən ittihamlara təəccüblənsə də, zaman göstərdi ki, hazırlıq əbəs yerə olmayıb. Xüsusilə, sanksiyalara görə, şirkətin server və şəbəkə infrastrukturu ziyan görüb. Buna görə, yığılan çiplərin əksəriyyəti Intel və AMD server prosessorları, həmçinin FPGA-lardır. Təəssüf ki, bu ehtiyatların bir hissəsi artıq köhnəlib.

Qeyd etmək yerinə düşər ki, Huawei də öz aparatlarını inkişaf etdirməyə diqqət yetirəcəyini bildirib.