Meşədə narkotik maddə yetişdirən şəxs saxlanıldı


Kriminal 06 İyn 2020 18:37:00 167 0

Meşədə narkotik maddə yetişdirən şəxs saxlanıldı

Meşədə narkotik maddə yetişdirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətində Son.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Candahar kəndi ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Elnur Əzimov və Yalçın Yusifov olduqları müəyyənləşdirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, çətənə kollarını şəxsi istifadələri üçün cari ilin mart ayında əkdiklərini və xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiklərini bildiriblər.

Polis əməkdaşları tərəfindən həmin şəxslər tərəfindən yetişdirilmiş hündürlüyü 12-75 sm olan 19 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.