Sumqayıtda 155 nəfər cərimələndi, 3 nəfər həbs olundu


Digərləri 06 İyn 2020 18:51:08 140 0

Sumqayıtda 155 nəfər cərimələndi, 3 nəfər həbs olundu

Sumqayıt şəhərində  xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən ümumilikdə 155 nəfər cərimələnib.  

Son.az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfər isə inzibati qaydada 15 sutkalıq həbs olunub.