Süni göldə 1 nəfər batdı


Digərləri 06 İyn 2020 18:22:59 201 0

Süni göldə 1 nəfər batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kürdəmir rayonunun Sovla kəndində süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.