Yaponiyada koronavirusa qarşı hovuz maskaları ixtira edilib


Dünya 06 İyn 2020 17:45:30 172 0

Yaponiyada koronavirusa qarşı hovuz maskaları ixtira edilib

Yaponiyada koronavirusa görə bağlanan hovuzlar iyunun 1-dən açılmağa başlayıb.

Yaponiyada su hovuzlarında geyinmək üçün xüsusi maskalar ixtira edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iyunun 6-da “Asaxi” qəzeti yazıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bildirilib ki, hovuz maskalarına əhali arasında böyük tələbat olub. Yaponiyada koronavirusa görə bağlanan hovuzlar iyunun 1-dən açılmağa başlayıb.

Maska şəffaf materialdan hazırlanıb. Onun konstruksiyası suda üzməyə də imkan verir. İlkin mərhələdə bütün maskalar əldə hazırlanıb. On dəsti 29 min yen (260 ABŞ dolları) təşkil edib. Mayın ortalarında üzgüçülük klubları maskanı uyğun və səmərəli sayıblar. Həmin vaxtdan etibarən Yaponiya üzrə 700 təşkilatdan 16 min ədəd maska sifariş edilib.