AQTA : Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır


Digərləri 06 İyn 2020 16:29:00 168 0

AQTA : Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. 

Bu barədə Son.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd olunub ki, immun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır. Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir:

"Nə üçün hamilə qadınlar yüksək risk altındadır? 

- Hamilə qadın və inkişafda olan körpə bəzi xəstəliklərə qarşı yüksək riskə məruz qalırlar, çünki hamiləlik dövründə immun sistemi dəyişir, bu da orqanizmin müəyyən zərərli mikroorqanizmlərlə mübarizə aparmasını çətinləşdirir. 

- Ana bətnindəki körpənin immunitet sistemi zərərli mikroorqanizmlərlə mübarizə aparmaq üçün kifayət qədər inkişaf etməyib.  

-Virus və bakteriyalarla yayılan xəstəliklər hamilə qadın və doğulmamış körpə üçün ciddi sağlamlıq problemlərinin yaranmasına yol aça bilər. Hazırda hamilə qadınların COVID-19 xəstəliyinə yoluxan insanların içərisində hansı nisbətdə olduğu dəqiq müəyyən edilməyib.

Lakin hamilə qadınlar və süd verən analar ümumi əhalinin riayət etdiyi aşağıdakı sanitariya-gigiyena qaydalarına əməl etməklə virus və infeksiyalara, eləcə də COVID-19 xəstəliyinə yoluxma riskini minimuma endirə bilər; 

- Öskürən zaman əlləri ilə ağızlarını örtmək;