Ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb


İqtisadiyyat 06 İyn 2020 13:21:15 157 0

Ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb

Bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib

Bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, sahələrin 640 977 hektarı buğda, 369 240 hektarını arpa əkinləri təşkil edir.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

İyunun 5-dək ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb. Ümumilikdə 57 977 hektar sahə biçilib. Hazırda biçin əsasən arpa sahələrində aparılır. Bu günədək biçilmiş 57 577 hektar arpa sahəsindən 171 808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/ha təşkil etməsi deməkdir.

Biçin prosesinə hələlik 1 079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin biçin aparılan rayonlardakı aqroservislərində olan kombaynlardır. "Aqrolizinq" ASC tərəfindən hazırda biçin getməyən dağətəyi və dağlıq rayonlardakı aqroservislərdən Aran bölgəsinə 195 kombayn dislokasiya edilib. Biçimdə iştirak edən digər 526 kombayn isə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan kombaynlardır.

İyunun 5-dək "Aqrolizinq" ASC-nin kombaynların ilə 23 226,7 hektar sahədə biçin aparılıb. Qalan sahələr isə hüquqi və fiziki şəxslərin kombaynların ilə biçilib.

Ölkədə taxıl biçini davam edir.