Avstraliyada irqçilik əleyhinə aksiya keçirilir


Dünya 06 İyn 2020 14:02:59 179 0

Avstraliyada irqçilik əleyhinə aksiya keçirilir

Aksiya təşkilatçıları iştirakçılara koronavirusa yoluxmamaq üçün maska və əlləri dezinfeksiya etmək üçün vasitə paylayıblar.

Avstraliyada onminlərlə insan iyunun 6-da “Black Lives Matter” (“Qaraların həyatı vacibdir”) hərəkatının aksiyasına qoşulub.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bildirilib ki, aksiya ölkənin Sidney, Brisbene və Adelaide şəhərlərində artıq başlayıb. Etiraz yürüşündə onminlərlə insan iştirak edir. Aksiya təşkilatçıları iştirakçılara koronavirusa yoluxmamaq üçün maska və əlləri dezinfeksiya etmək üçün vasitə paylayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Yeni Cənubi Uels ştatının polis rəisi Mik FullerSidneydə keçirilməsi nəzərdə tutulan aksiyanın qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. O, bunu koronavirusa qarşı mübarizə çərçivəsində sanitar normalarının pozula biləcəyi ilə əsaslandırmışdı. Məhkəmə onun xahişinə uyğun qərar qəbul etsə də, iyunun 6-da yuxarı instansiya məhkəməsi nümayişin qadağan olunması barədə hökmü ləğv edərək aksiyanın keçirilməsinə icazə vermişdi

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.